Modern.az

İlham Əliyev İslam Konfransı Təşkilatının baş katibini qəbul edib

İlham Əliyev İslam Konfransı Təşkilatının baş katibini qəbul edib

11 Noyabr 2009, 18:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib.
Ekmələddin İhsanoğlu yenidən Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, Bakıda keçirilən “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” beynəlxalq konfransının əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev  bu mövzu ilə bağlı ölkəmizdə mütəmadi olaraq mötəbər konfransların keçirilməsinin önəmini qeyd edib.
Görüşdə Azərbaycan ilə İslam Konfransı Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi