Modern.az

76 nəfər valideynlik hüququndan məhrum edilib

76 nəfər valideynlik hüququndan məhrum edilib

Hadisə

27 Aprel 2017, 14:54

2016-cı ildə birinci instansiya məhkəmələrində baxılmış mülki işlərin sayı açıqlanıb.

Modern.az-a rəsmi göstəricilərə istinadən xəbər verir ki, ötən il ailə münasibətləri üzrə 21913 mülki işə baxılıb.

Onlardan 12094-ü nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsilə bağlı olub. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması üzrə 852 işə baxılıb. Məhkəmələr tərəfindən 812 iddia təmin olunub.

Rəsmi məlumata görə, birinci instansiya məhkəmələrinə övladlığa götürmə və onun ləğvi ilə bağlı 502 iş daxil olub. Onlardan 468-də iddialar təmin edilib.

Eyni zamanda məhkəmələrə 123 nəfərin valideynlik hüququndan məhrum edilməsilə bağlı müraciət daxil olub ki, onun da 76-sı təmin edilib.

Məhkəmələrdə baxılan  valideynlik hüquqularının məhdudlaşdırılması ilə bağlı 86 işdən 82-də iddialar təmin olunub.

Digər ailə münasibətlərinə görə, 8256 mülki işə baxılıb ki, onlardan 7271-nə müsbət cavab verilib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı