Modern.az

Ötən il Azərbaycanda 10 nəfər ömürlük həbs edilib

Ötən il Azərbaycanda 10 nəfər ömürlük həbs edilib

27 Aprel 2017, 15:41

2016-cı ildə Azərbaycanda 13 758 nəfər məhkum olunub. Modern.az statistik göstəricilərə istinadən xəbər verir ki, onlardan 7908 nəfəri müəyyən müddətə azadlıqdan məhrum edilənlərdir.

Həmin məhkumlardan 3463 nəfəri 2 ilə qədər, 2517 nəfəri 2 ildən 5 ilə qədər, 1474 nəfəri 5 ildən 10 ilə qədər, 454 nəfəri 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib.

Həmçinin, ötən il Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlər 10 nəfər olub. 146 nəfər ictimai işlər üzrə, 1836 nəfər islah işləri üzə cəzalandırılıb.

Rəsmi məlumata görə, 109 nəfər intizam xarakterli hərbi hissədə saxlanılıb, 2606 nəfərə cərimə tətbiq edilib, 1141 nəfər şərti məhkum edilib.

Ümumilikdə 2 nəfər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum olunanlardır.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı