Modern.az

Bakıdakı “Beşmərtəbə” dairəsi ləğv olundu - FOTOLAR

Bakıdakı “Beşmərtəbə” dairəsi ləğv olundu - FOTOLAR

27 Aprel 2017, 15:56

Yasamal rayonu Akademik Milli Dram teatrının və Təzə Pir məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində "Beşmərtəbə" dairəsi ləğv olunuraraq park ərazisinə birləşdirilir.

“Azəravtoyol” SC-dən Modern.az-a verilən məlumata görə, bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb.

Avtonəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı