29 may 2017, Bazar ertəsi
Ana Səhifə - QARABAĞ - Azərbaycanda 179 naməlum şəhid məzarı tapılıb
Azərbaycanda 179 naməlum şəhid məzarı tapılıb
27.04.2017, 16:32

“Son günlərdə kütləvi informasiya vasitələrində naməlum məzar yerləri ilə bağlı yayılmış müxtəlif məlumatlarla bağlı bildiririk ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, intensiv hərbi əməliyyatların getdiyi dövrdə həlak olaraq tanınmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri məsələsi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyət sahəsinin tərkib hissəsidir”.

 

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Modern.az-a daxil olan məlumatda bildirilib.

 

Qeyd olunub ki, ölkə prezidentinin 1 mart 2001-ci il tarixli sərəncamı və Dövlət Komissiyasının əsasnaməsi ilə müəyyən edilmiş vəzifələrə, o cümlədən  Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında 14 aprel 2008-ci il tarixdə imzalanmış «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişinə uyğun olaraq itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsi sahəsində işlər davam etdirilir:

 

“Dövlət Komissiyasının sədri Mədət Quliyevin tapşırığına əsasən, son illərdə respublika ərazisində aparılmış monitorinqlər zamanı əsasən intensiv hərbi əməliyyatların getdiyi ərazilərə yaxın rayonlarda və digər yerlərdə 179 naməlum şəhid məzarı müəyyən edilərək qeydiyyata alınıb.

 Məzar yerləri video lentə alınıb və foto çəkilişi aparılıb. Naməlum şəhidlərin dəfnində iştirak etmiş şəxslərin iştirakı ilə ərazilərə baxış keçirilib, onların ifadələri sənədləşdirilib, video ifadələri alınaraq arxivləşdirilib”.

 

Məlumata görə, Dövlət Komissiyasının sədri Mədət Quliyevin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciətinə əsasən, Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın  Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yer quruluşu Layihə Tədqiqat Mərkəzi tərəfindən naməlum məzarların GPS koordinatları çıxarılaraq İşçi qrupuna təqdim edilib.
 

Həmçinin, Komissiya sədrinin müraciətinə uyğun olaraq aidiyyəti rayon icra hakimiyyəti orqanları və müvafiq qurumlar tərəfindən naməlum məzar yerlərinin aşkarlandığı ərazilərdə abadlıq işləri aparılır.

 

Məlumatda o da qeyd olunub ki, BQXK ilə imzalanmış çərçivə sazişinə əsasən, hazırda itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji (DNT) nümunələrin toplanması işi davam etdirilir. Bu işə BQXK-nın mütəxəssisləri ilə birlikdə 2014-cü ildən etibarən başlanmışdır. Toplanmış nümunələr Komissiya tərəfindən yaradılmış xüsusi yerdə saxlanılır. Nümunələrdən gələcəkdə aparılması nəzərdə tutulan ekshumasiya prosesində meyit qalıqlarının eyniləşdirilməsi məqsədilə istifadə ediləcək.

 

 

Mirmahmud KAZIMOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 16:06

Azərbaycan Dillər Universitetindən iddialara REAKSİYA: “Şou yaradırlar”

29.05.2017, 16:00

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

29.05.2017, 14:41

Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb

29.05.2017, 14:37

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

29.05.2017, 14:30

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29.05.2017, 14:19

"Milli Ön"dən pul oğurlayan tutulub

29.05.2017, 13:57

"Koro­ğlu” Nəqliyyatı Mübad­ilə Mərkəzi yenidən fəaliyyətə başlayır

29.05.2017, 13:51

Rusiya İŞİD-lə əməkdaşlıqda ittiham olundu

29.05.2017, 13:35

İran ilk əməliyyat peykini gələn il buraxacaq

29.05.2017, 13:26

Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində

29.05.2017, 13:23

Bakıda avtobusdan yıxılan şəxs ölüb

29.05.2017, 13:18

ADU dövlət imtahanı ilə bağlı açıqlama verdi

29.05.2017, 13:09

Mingəçevirdə oğul anasını qətlə yetirdi

29.05.2017, 12:40

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

29.05.2017, 12:37

İsmayıllıda FACİƏ – 2 yaşlı qız su çənində boğuldu

29.05.2017, 12:31

Sabah Bakıda 28 dərəcə isti olacaq – HAVA PROQNOZU

29.05.2017, 12:22

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

29.05.2017, 12:04

Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçirilir

29.05.2017, 11:47

ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın Respublika Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib

29.05.2017, 11:38

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: “Uşaqlığın son gecəsi”ndən sonra yoxa çıxan Elya  

29.05.2017, 10:33

Mədət Quliyevə yeni müavin təyin olundu

29.05.2017, 10:26

Kaliforniyada Azərbaycanla bağlı qətnamə qəbul edildi

29.05.2017, 10:18

Horadizdə Bayraq Muzeyi tikilir

29.05.2017, 10:00

Ermənistan cəbhədə təxribatları dayandırmır

29.05.2017, 09:45

Xaricdəki tələbəmiz: “Almaniyadakı universitetdə davamiyyət elə də vacib deyil” - MÜSAHİBƏ  

29.05.2017, 09:33

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29.05.2017, 09:17

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

29.05.2017, 09:10

Maşın” realiti-şousu başlayıb - 18 iştirakçının SİYAHISI

29.05.2017, 09:02

Məşhur məşqçi Rusiyadan qovuldu

29.05.2017, 00:43

Ermənistan region üçün ciddi təhlükə mənbəyidir

29.05.2017, 00:28

Kann kinofestivalının qalibi bilindi

29.05.2017, 00:09

Türkiyədə PKK-ya qarşı əməliyyat

28.05.2017, 23:55

Beynəlxalq Türk Akademiyası Azərbaycanı təbrik etdi  

28.05.2017, 23:48

Gəncədə süpürgəçi qadın yol qəzasında öldü

28.05.2017, 23:35

Dolu Qaxda kənd təsərrüfatına ziyan vurdu

ARXİV