Modern.az

Sabiq nazir Firudin Cəlivov yenidən əməliyyat olunacaq

Sabiq nazir Firudin Cəlivov yenidən əməliyyat olunacaq

27 Aprel 2017, 16:56

“Bir il idi ki, Xızıda qalırdım. İndi gəlmişəm, Bakıdayam. Həkimlərin nəzarəti altındayam, müəyyən ağrılar var. Bəlkə, bu yaxınlarda gözümlə bağlı əməliyyat olundum. Bununla əlaqədar Türkiyəyə getməliyəm. Allah qoysa, yaxşı olar”.

Bunu Modern.az saytına açıqlamasında sabiq təhsil naziri, türkoloq alim, professor Firudin Cəlilov səhhəti ilə bağlı danışarkən bildirib. Bir neçə il bundan əvvəl ürəyindən əməliyyat olunan professor bu dəfə gözlərini cərrahlara etibar edəcək. Buna baxmayaraq, alim fundamental əsər olan “9 Bitik” və  başqa araşdırmalarla bu gün də məşğul olur:

“9 Bitik”in bütün cildləri çoxdan hazır idi. Böyük hissəsi hələ 20 il bundan əvvəl yazılmışdıq. Sadəcə, çapı üçün lazım olan vəsait yox idi. Üç il bundan əvvəl üç cildi çap olundu, əgər sponsor olsa,  o biriləri də işıq üzü görəcək. Kitablarla bağlı yeganə problemimiz maddiyyatla bağlıdır”.

Elmin Nuri

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir