Modern.az

Ukraynada azərbaycanlı məmurun həbs müddəti uzadıldı

Ukraynada azərbaycanlı məmurun həbs müddəti uzadıldı

Aktual

27 Aprel 2017, 18:21

Kiyevin Solomenski rayon məhkəməsi mənimsəmə faktında şübhəli bilinən Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş rəisi Roman Nəsirova qarşı həbs müddətini daha iki ay uzadıb.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, məhkəmə qərarı iyunu 26-na qədər qüvvədə olacaq.

 

R.Nəsirov ağır nəticələrə səbəb olan səlahiyyətdən sui-istifadə etməkdə şübhəli bilinir. Onun 2015-2016-cı illərdə xalq deputatı Aleksandr Onişenkonun maraqlarına xidmət göstərərək şəxsən vergi borcu ödənişi ilə bağlı bir sıra əsassız və qanunsuz qərarlar verdiyi bildirilir. İddia tərəfi ekspert qiymətləndirməsinə əsasən, bu addımların dövlət büdcəsinə təxminən 2 milyard qriven məbləğində zərər vurduğunu təsdiqləyib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir