Modern.az

Göygöldə minaatan mərmi tapılıb

Göygöldə minaatan mərmi tapılıb

Aktual

27 Aprel 2017, 19:00

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Göygöl rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb. 

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, Göygöl rayonunun Aşağı Zurnabad kəndində su arxının kənarına baxış keçirilib, 1 ədəd 120 mm-lik 3OF-49 modelli top/minaatan mərmisi (NONA) aşkar olunaraq daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib, nəticə etibarilə 400 kv.m ərazi yoxlanılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı