Modern.az

Tikinti sektorunda qeyri-leqal məşğulluğun qarşısı alınacaq

Tikinti sektorunda qeyri-leqal məşğulluğun qarşısı alınacaq

27 Aprel 2017, 21:39

Yaxın zamanlarda Azərbaycanda tikinti sektorunda qeyri-leqal məşğulluğun qarşısının alınması üzrə layihə hazırlanacaq.

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri, baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, hazırda əmək müqaviləsi olmadan çalışan vətəndaşların böyük əksəriyyəti tikinti sektorundadır: "Qeyri-leqal məşğulluq işçilərə bir sıra öhdəliklərdən, vergi və sosial sığorta ödənişlərindən boyun qaçırmağa imkan verir.

İnanıram ki, tikinti şirkətlərinin rəhbərləri ilə bugünkü görüşümüz müsbət nəticə verəcək. Biz gözləyirik ki, bu sahədə işləyən bütün əməkdaşlar əmək münasibətlərini rəsmiləşdirəcək".

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi