Modern.az

Şarapova yalançıdır – tanınmış tennisçidən sərt İTTİHAM - FOTO

Şarapova yalançıdır – tanınmış tennisçidən sərt İTTİHAM - FOTO

27 Aprel 2017, 21:51

Məşhur tennisçi Mariya Şarapovanın dopinqlə əlaqədar 15 aylıq diskvalifikasiyadan sonra WTA turnirinə qayıtması mübahisələrə səbəb olub.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bəziləri Şarapovanın qayıdışına etiraz ediblər. Şarapovaya ən çox hiddətlənənlər isə dünya tennisçiləridir.

 

Şarapovanın ünvanına ən kəskin ittihamı tanınmış kanadalı tennisçi Yejeni Buşar səsləndirib.

 

O, rus tennisçini yalançı adlandırıb.

 

“Şarapovanın yenidən yarışlara dəvət alması düşünürəm ki, düzgün deyil. Şarapova yalançıdır, onu meydana buraxmaq olmaz. Onun hər hansı bir idman növünə qayıtmasına icazə verilməməlidir. Onun tennis meydançasına qayıtması yerdə qalanlarına hörmətsizlikdir”-deyə Buşar bildirib.

 

Xatırladaq ki, Mariya Şarapova bir neçə dəfə dopinqdən istifadəyə yol verdiyini bildirib.

 

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi