Modern.az

Suvalk dəhlizi – Rusiya və ABŞ-ın üz-üzə gələcəyi potensial “barıt çəlləyi”

Suvalk dəhlizi – Rusiya və ABŞ-ın üz-üzə gələcəyi potensial “barıt çəlləyi”

27 Aprel 2017, 22:07

“Bura Avropanın ən sakit yerlərindən biridir. Sakit kənd yolları palıd meşələri və göllərlə əhatələnib. Lakin müdafiə sahəsi üzrə ixtisaslaşan ekspertlər bu dar dəhlizin gələcək Rusiya-ABŞ qarşıdurmasında meydan olacağını deyirlər.

 

Modern.az xəbər verir ki, avstriyalı jurnalist Benedikt Brukun news.com.au  saytında dərc olunan məqaləsi bu cümlələrlə başlayır. O bəzi ekspertlərin NATO-nu öz sərhədlərindən kənarlaşdırmaq istəyən Rusiyanın bu əraziyə potensial nüvə zərbəsi endirə biləcəyini də yazır.

 

“Bu dar, çətin keçilən 80 kilometrlik dəhliz Polşa və Litvanın arasında yerləşir və Suvalk dəhlizi kimi tanınır. Suvalk dəhlizi Baltikyanı ölkələrin – Estoniya, Litva, Latviya ilə NATO və Avropa Birliyindəki müttəfiqləri ilə əlaqə saxlamaq üçün yeganə quru ərazilərdir. Dəhliz hər iki tərəfdən Putinlə əhatə olunub. Qərbdə nüvə raketləri ilə dolu Kalininqrad, şərqdə isə Moskvanın müttəfiqi Belarus yerləşir. Bu dar ərazi NATO və onun müttəfiqləri üçün kabusa çevrilə bilər” – deyə məqalə müəllifi yazır.

 

Benedikt Bruk bu fikri digər ekspertlərin də dəstəklədiyini yazır.

“Bu dəhlizi asanlıqla ələ keçirmək olar. Rusiyanın Kalininqradda böyük qoşunu var, Belarusdakı qoşunlarla isə dəhlizi asanlıqla bağlamaq mümkündür”-deyə Avstraliyanın Kertin Universitetinin Rusiya mütəxəssisi Aleksey Muravyev deyib.

 

“Əgər Rusiya Suvalk dəhlizinə daxil olsa, NATO cavab verməli olacaq.Yoxsa, bütün proseslərdən kənar qalacaq. Buna görə, Estoniya və Polşa NATO-nun büdcəsinə ən çox maliyyə ayıran ölkələrdir. Bu məsələdə qarşılıqlı həssaslıq var. Rusiya özünü NATO ölkələri qarşısında, NATO-ya üzv Baltikyanı respublikalar isə güclü Rusiya qarşısında çəkinir. Qarşılıqlı inamsızlıq həmişə konfliktin eskalasiyasına səbəb oldu. Şimali Atlantika alyansı isə Suvalk dəhlizini qorumaqda israrlıdır”.

 

ABŞ ordusunun general-leytenantı Ben Hodjes isə rəsmi Vaşinqtonun müttəfiqlərinin yayında olduğunu deyib.

“Biz Litvanın, Polşanın və bütün digər ölkələrin suverenliyinə təminatçıyıq və suverenlikləri pozularsa, onu bərpa etmək üçün bütün addımları atmağa hazırıq. Bu halda Üçüncü Dünya Müharibəsinin başlanmasının qaçınılmaz olduğunu deyə bilmərik. Bunun heç kim. O cümlədən. Ruslar da istəmir” –deyə general deyib.

 

Vüqar İSMAYILOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir