Modern.az

Uşaqlar nə üçün yalan danışır?

Uşaqlar nə üçün yalan danışır?

27 Aprel 2017, 22:47

İsveçin Stoqholm Universitetinin alimləri uşaqların nə üçüm yalan danışdıqlarını bilmək üçün xüsusi təcrübə həyata keçiriblər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalar bunun üçün 2 səbəbin olduğunu üzə çıxardıb. Bunlardan biri uşaqların böyüklər qarşısında avtoritet qazanmaq istəyi, digəri isə cəzalanmaq qorxusu ilə bağlıdır. Məsələn, məktəbdə pis qiymət alan uşaq evdə yalan danışır ki, valideynlərindən tərif eşitsin.

 

İkinci – qorxuya görə yalan danışan uşaqlar isə hər hansı addıma görə onların cəza gözlədiyini bilərsə, yalan danışmağa çalışacaq. Xüsusən, məktəbədəqədərki uşaqlar yalan danışaraq istədiklərini əld etməyi anladıqları üçün yalana vərdiş edirlər.

 

Alimlərin fikrincə, bunun qarşısını almaq üçün uşağın yalan danışdığını müəyyən edən valideynlərin onu cəzalandırmaqdan çəkinməyi və düz danışmağa çağırmaları ilə bağlıdır.

 

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir