Modern.az

İsrail Suriyadan ərazisinə daxil olan pilotsuz təyyarəni vurub

İsrail Suriyadan ərazisinə daxil olan pilotsuz təyyarəni vurub

27 Aprel 2017, 23:27

İsrail ölkənin hava məkanını pozan pilotsuz təyyarəni vurub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, təyyarə Qollan yüksəklikləri üzərində Patriot tipli raketlə vurulub. Onun hansı ölkəyə aid olduğu barədə dəqiq məlumat yoxdur. Amma pilotsuz təyyarə İsrail hava məkanına Suriya ərazisindən daxil olub.

 

Qeyd edək ki, aprelin 27-də Dəməşq yaxınlığında yerləşən Əsəd qüvvələrinə aid hərbi baza bombalanıb. Bazanın İsrail hərbi aviasiyası tərəfindən bombalandığı iddia edilir.  Təl-Əviv hücumla əlaqəli olduğunu nə təsdiq, nə inkar edir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır