Modern.az

Abdullah Gül AŞPA-nın qərarına münasibət bildirdi

Abdullah Gül AŞPA-nın qərarına münasibət bildirdi

Dünya

27 Aprel 2017, 23:47

Türkiyənin 11-ci prezidenti Abdullah Gül Avropa Şurası Parlament Assambleyasının qərarına münasibət bildirib. Modern.az xəbər verir ki, Abdulla Gül Tvitter hesabında "AŞPA-nın qərarına dair dəyərləndirməm" başlığında bəyanat verib.

Gül Türkiyənin yeni islahat prosesinə girməsinin lazım olduğunu bildirib: “AŞPA-nın qərarına görə təəssüflənirəm. Məsələyə münasibətimi bildirmək üçün bir müddət gözləməyi üstün tutdum. Rəsmilərimiz də lazımı mövqeyi ortaya qoydular”.

 

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərar verib. AŞPA Türkiyəni siyasi nəzarət prosesindən 2004-cü ildə çıxarmışdı.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi