Modern.az

Güclü külək ağacları kökündən çıxardı

Güclü külək ağacları kökündən çıxardı

28 Aprel 2017, 00:26

Şimal bölgəsində yenidən güclü külək fəsadlar törədib. Modern.az xəbər verir ki, “İstiPress”in məlumatına görə, səhər saat 11 radələrindən başlayan güclü külək yenidən Quba, Xaçmaz rayonlarına enerji problemi yaşadıb. Gün ərzində fasilələrlə verilən işıq axşam saatlarında bərpa edilib.

Həmçinin Quba-Xaçmaz yolunda çürümüş ağacların aşması müşahidə olunur. Xaçmazın Qıraqlı kəndində qovaq ağacı kənd sakini Səlim Hacıyevə məxsus evin üstünə aşıb, xəsarət alan olmasa da evin bir hissəsinə ziyan dəyib. Baş vermiş təbiət hadisəsi ilə əlaqədar bölgədə araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?