Modern.az

Makedoniyada etirazçılar parlament binasını tutub

Makedoniyada etirazçılar parlament binasını tutub

28 Aprel 2017, 01:05

Makedoniyada etirazçılar polis səddini yararaq parlament binasına daxil olublar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, etirazlara parlamentə alban Talat Haferin spiker seçilməsi səbəb olub. Bir müddətdən sonra xüsusi təyinatlılar kütləni dağıdıb və binanı azad edib.

Makedoniyada siyasi böhran 2016-cı il seçkilərindən sonra başlayıb. Həmin vaxt keçmiş baş nazir Nikolay Qruyevskinin mühafizəkar partiyası qalib olsa da, hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Yekunda sosial-demokratlar və etnik albanları təmsil edən iki partiyanın iştirakı ilə koalisiya yaradılıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər