Modern.az

Bir ildə 13758 azərbaycanlı məhkum olunub - fəhlə, qulluqçu, hərbçi, tələbə...

Bir ildə 13758 azərbaycanlı məhkum olunub - fəhlə, qulluqçu, hərbçi, tələbə...

28 Aprel 2017, 09:47

2016-cı ildə Azərbaycanda 13758 nəfər məhkum olunub.

Modern.az statistik göstəricilərə istinadən xəbər verir ki, onlardan 563 nəfəri fəhlələr, 54 nəfəri qulluqçular, 44 nəfəri kənd təsərrüfatı işçiləri, 1175 nəfəri hərbi qulluqçular, 67 nəfəri şagird və tələbələrdir.

Törədilən cinayətlər zamanı məhkum olunan 8389 nəfər əmək qabiliyyəti olub işləməyən və oxumayan , 3466 nəfəri digər işlərlə məşğul olanlardır.

Həmçinin, məhkumlardan 1210 nəfəri ali, 10639 nəfəri tam və orta ixtisas, 1909 nəfəri digər təhsil alanlar və ya təhsilsizlərdir.

Rəsmi məlumata görə, məhkum olunanlardan 13674 nəfəri Azərbaycan Respublikasının vətəndaşları, 84 nəfəri əcnəbilər və vətəndaşlığı olmayanlardır.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?