Modern.az

Azərbaycan Xarici İşlər Nazirliyindən Zaxarovaya CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyindən Zaxarovaya CAVAB

28 Aprel 2017, 11:48

Rusiyanın  Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən gün keçirdiyi brifinqdə Azərbaycan mətbuatını təhqir etməsi sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilib. 

 

Modern.az xəbər verir ki, həm media nümayəndələri, həm də ekspertlər azərbaycanlı jurnalistləri “xam” adlandıran Zaxarovanın hərəkətinin onun təmsil etdiyi  rəsmi posta uyğun olmadığını vurğulayıblar. 

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a açıqlamasında  deyib ki, sual verən jurnalisti düzgün başa düşmək lazımdır.

 

“Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür”.   

 

Qeyd edək ki, APA-nın Moskva müxbiri Fərid Əkbərovun Mariya Zaxarovaya Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sual ünvanlaması Rusiya XİN nümayəndəsini əsəbiləşdirib. O, Azərbaycan mətbuatını, saytlarını “xam” olmaqda ittiham edib.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır