Modern.az

“Fərqli ölkə, fərqli mühit, fərqli insanlar…”

“Fərqli ölkə, fərqli mühit, fərqli insanlar…”

28 Aprel 2017, 11:50

ADU-nun tələbələri Fransa və Rumıniyada təcrübəkeçməkdən məmnundurlar

“Hər şey əladır. Xarici ölkədə təcrübədə olmaq çox fərqli hissdir. Birdən-birə öz vətənindən kənarda öyrəndiyin dilin daşıyıcıları ilə ünsiyyətdə olursan. Çətin olduğunu deyə bilmərəm. Dili bildiyim üçün çox çətinlik çəkmirəm, amma sürətli danışıqlar üçün az da olsa çətinlik var”.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetinin (ADU) Frankofon Universitet Agentliyi (FUA) ilə əməkdaşlığı çərçivəsində Fransa və Rumıniyada keçirilən pedaqoji və istehsalat təcrübələrində iştirak edən Aytən Kamandarlı bildirib. Saint-Jean-de-Luz şəhərində təcrübə keçən A.Kamandarlı ölkəmizi və universiteti layiqincə təmsil edəcəyinə inandığını söyləyib.

 

Avropa Şurasının Siyasi Departamentində təcrübə keçən Fəridə Musayevada təcrübədən razıdır. Təcrübənin maraqlı keçdiyini bildirən tələbəsöyləyib: “Hər gün müxtəlif konfliktlər üzərində işləyirəm. Burada fransız, ingilis dillərindən rus dilinə müxtəlif mətnləri tərcümə edir, hesabatlar yazıram. Siyasi, hüquqi mətnlər çox olsa da universitetimizdə belə mətnlər üzərində çox işlədiyimizdən mənə çətinlik yaratmır”.

“Hazırda bizim yaşadığımız hisslər Azərbaycan Dillər Universitetində təhsil alan hər tələbənin arzusudur. Xaricdə təcrübə keçmək həqiqətən də çox fərqli bir duyğudur. İlk bir neçə gün bizə çətin olsa da, artıq özümüzdəki irəliləyişi hiss edə bilirik. Hər şey təsəvvür olunmayacaq qədər möhtəşəmdir”sözləri isə tələbələrdən Lalə Dadaşovaya məxsusdur.

Fransanın Bordo şəhərində təcrübədə olanRəna Rüstəmovada başqa ölkədə təcrübə keçməyin mükəmməl hiss olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycan Dillər Universitetinin Frankofon Universitet Agentliyi ilə əməkdaşlığı çərçivəsində 7 tələbə ilk dəfə olaraq Fransa və Rumıniyada keçirilən pedaqoji və istehsalat təcrübələrində iştirak edir. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi