Modern.az

BDU-da “Mirzə Ələkbər Sabirin sənət dünyası” adlı kitabının təqdimat mərasimi keçirilib

BDU-da “Mirzə Ələkbər Sabirin sənət dünyası” adlı kitabının təqdimat mərasimi keçirilib

Aktual

28 Aprel 2017, 12:12

Filologiya fakültəsinin rəhbərliyi, müəllim və tələbə heyətinin iştirakı ilə görkəmli yazıçı, alim, professor Mir Cəlal Paşayevin “Mirzə Ələkbər Sabirin sənət dünyası” adlı kitabının təqdimat mərasimikeçirilib.

 

Modern.az xəbər verir ki, tədbirin aparıcısı Filologiya fakültəsinin dekanı  dosent Elçin Məmmədov qeyd edib ki, f.e.d, professor Alxan Bayramoğlunun tərtib etdiyi bu kitabın təqdimat mərasimi Mir Cəlal müəllimin ad gününə təsadüf edir. Dekan 109-cu doğum günündə işığına toplaşdığımız Mir Cəlal müəllimin universitetə, Filologiya fakültəsinə bağlı ömür yaşadığını bildirib, çoxşaxəli fəaliyyəti, elmimizə qazandırdıqları barədə danışıb.Qeyd edib ki, Mir Cəlal müəllim tədqiqatlarında son nöqtəni qoymur. Elə istiqamət verir ki, gələcək tədqiqatlar üçün açar olur. Sabir haqqında yazdığı məqalələrə diqqət etdikdə onların bir-biri ilə əlaqəli olduğunu görürük. Demək, Mir Cəlal müəllim bu barədə kitab yazmağı fikirləşirmiş. Biz Alxan müəllimə bu təşəbbüsünə  görə təşəkkür edirik.

 

         Sonra professor A. Abasov Mir Cəlal müəllimin  M. Ə. Sabirin həm elmi, həm bədii portretini yaratması, professor T. Hüseynoğlu müasirlik məsələsi və klassisizm anlayışının işlənmə məqamına diqqət yönəldib. Professor  Cəlil Nağıyev  onun yazıçı və alimlikdən əlavə müəllim kimi uğuru, ilk mühazirəsindən sonra patokun 70 faizinin ədəbiyyatçı olmaq qənaətinə gəlməsi, az sözlə böyük mətləbləri şərh edib nəzəriyyəni tələbələrə mükəmməl şəkildə öyrətməsi, professor  Ramiz Əsgər isə müəllimliklə yanaşı, insani keyfiyyətlərindən, tələbələrə maddi, mənəvi cəhətdən dayaq olması barədə danışıb.

         Sonda professor Alxan Bayramoğlu çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib, tələbələrə kitab haqqında məlumat verərək vurğulayıb ki,  Mir Cəlal müəllimin M. Ə. Sabir haqqında yazdıqları digər tədqiqatlarından seçilir. Bu kitabda materialın özündən istifadə edib və material nəyi diktə edibsə, o mövqedən yanaşıb, təhlil edib. Kitabda M. Ə. Sabir yaradıcılığının ideya-sənətkarlıq xüsusiyyətləri, surətlər aləmi, poetikası  haqqında 1961-62-ci illərdə çap edilən elmi-nəzəri səviyyəsi ilə seçilən araşırmalar toplanıb.

         Qeyd edək ki, Mir Cəlal müəllimin  Sabir şeiri, realizmi, surətlər aləmi, bədii sənətkarlıq məsələləri ilə bağlı  məqalələrinin toplandığı bu kitab nəinki bu gün, gələcəkdə də şairin irsinin araşdırılması istiqamətində aparılacaq tədqiqatlar üçün əhəmiyyətli olacaqdır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...