Modern.az

Ağır atletika üzrə ölkə birinciliyi keçirilir

Ağır atletika üzrə ölkə birinciliyi keçirilir

28 Aprel 2017, 12:27

28-29 aprel tarixlərində Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçirilir.

 

Modern.az xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edir.

 

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

Məcid Əmirov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır