Modern.az

Şuşada konsert verən musiqiçilər “qara siyahı”ya salınacaq

Şuşada konsert verən musiqiçilər “qara siyahı”ya salınacaq

28 Aprel 2017, 14:34

Dağlıq Qarabağa qanunsuz səfərlər davam edir.

 

Qarabağ separatçılarının dəvəti ilə “Sülh naminə incəsənət” layihəsi çərçivəsində italiyalı pianoçu və dirijor Luka Ferini, sloveniyalı klarnet ifaçısı Yoje Kotar və skripkaçı Çrtomir Şişkoviç Şuşadakı rəssamlıq muzeyində konsertlə çıxış ediblər. Xarici musiqiçilər aprelin 30-na qədər Xankəndində də 2 konsert verməyi planlaşdırırlar.

 

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-ın sorğusuna cavab olaraq açıqlama verib.

 

“İtaliya və Sloveniyadan olan musiqiçilərin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri məsələsi Azərbaycanın bu ölkələrdəki səfirlikləri tərəfindən araşdırıcalacaq, həmin ölkələrin müvafiq strukturlarına sorğular göndəriləcək.  Aparılan araşdırmalar nəticəsində həmin insanların adları arzuolunmaz şəxslər siyahısına  daxil ediləcək. 

 

Musiqi və incəsənət sülhə xidmət etməli olduğu halda, müəyyən maddi maraqlar naminə sözügedən əcnəbi musiqiçilərin Ermənistanın təbliğat maşınının alətinə çevrilmələri təəssüf doğurur. İşğal olunmuş ərazilərdə, o cümlədən Şuşa şəhərində Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı törədilən vandalizm siyasətinin ört-basdır edilməsinə xidmət etmələrini kəksin şəkildə qınayırıq”.

 

H. Hacıyev vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır.

 

“Bu kimi qanunsuz fəaliyyət hüquqi məsuliyyət də ehtiva edir”.

 

Namidə BİNGÖL  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır