Ukrayna prezidenti Pyotr Poroşenko sabiq prezident Viktor Yanukoviçin hesablarından müsadirə olunmuş vəsaitin ordunun möhkəmləndirilməsinə sərf olunacağını deyib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o bu barədə “112 Ukrayna” telekanalına açıqlamasında deyib.
“Bu pulların ordunun möhkəmləndirilməsinə, silah zavodunun inşasına, radioelektron mübarizə və müasir dronların alınmasına sərf olunmalıdır” – deyə Yanukoviç deyib.
O həmin vəsaitin bir hissəsinin də əhalinin aztəminatlı təbəqələrinin şəraitinin yaxşılaşdırılmasına sərf olunacağını vurğulayıb.
Vüqar İSMAYILOV