Modern.az

AŞPA nümayəndəsi Azərbaycanın mədəni irsinin məhv edilməsi məsələsini öyrənəcək

AŞPA nümayəndəsi Azərbaycanın mədəni irsinin məhv edilməsi məsələsini öyrənəcək

28 Aprel 2017, 16:48

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin həmməruzəçisi Stefan Şennak Azərbaycanın mədəni irsinin məhv edilməsi ilə bağlı materialları tədqiq edəcək.

Trend-in məlumatına görə, bunu S.Şennak AŞPA-nın yaz sessiyasındakı çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələ ilə bağlı çoxlu sənədlər təqdim edib. S.Şennak bu materialları tədqiq etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, aprelin 24-dən 28-dək Strasburqda AŞ PA-nın yaz sessiyası keçirilir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğu müddətdə Azərbaycana dəyən ziyan 819,15 milyard dollar həcmində dəyərləndirilir.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir