Modern.az

“Azərçay” İslam Oyunlarının rəsmi dəstəkçisi oldu

“Azərçay” İslam Oyunlarının rəsmi dəstəkçisi oldu

28 Aprel 2017, 16:56

 

Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları bu gün “Azərçay”ın Oyunların rəsmi dəstəkçisi olacağını elan edib.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olacaq Azərçay Azərbaycanda qida istehsalçısı olan Azərsun Holdinqin bir markasıdır.

 

Modern.az xəbər verir ki, “Azərçay” Oyunlar zamanı Atletlər Kəndi də daxil olmaqla, bir sıra məkanlarda güzəştli qiymətlərlə çay təqdim edəcək.

 

İdmançı və rəsmiləri yüksək səviyyəli çay xidməti, həmçinin ənənəvi çay stəkanları, samovar və taxta vitrin qutularla təmin etməklə yanaşı, Azərçay Atletlər Kəndində qolf simulyatoru da təşkil edəcək.

 

Rəsmi dəstəkçi olaraq, Azərsun Bakı Olimpiya stadionunda 12 may tarixində keçiriləcək Açılış mərasimi ərəfəsində mayın 8-dən başlayaraq Oyunlar öncəsi idman sessiyaları ilə maraq və coşğu yaradacaq.

 

Razılaşma barədə danışan Bakı 2017 Əməliyyat Komitəsinin direktoru, Atletlər kəndinin meri və könüllülərin səfiri Elçin Səfərov deyib: "Azərsun Holdinq Azərbaycanın aparıcı şirkətlərindən biridir və biz onların Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olacağından məmnunuq".

 

"Çay Azərbaycan  xalqının çox sevdiyi ən qədim və əhəmiyyətli mədəniyyət ənənələrindən biridir. Bakı 2017 İslam Həmrəyliyi Oyunlarını dəstəkləməklə Azərsun Holdinq və Azərçay ölkəmizə səfər edən bütün idmançılara, rəsmi şəxslərə və tamaşaçılara ölkəmizi dünyada məşhur edən Azərbaycan qonaqpərvərliyi və  mehribanlığı hisslərini yaşadacaq.

 

Azərsun Holdinqin baş icraçı direktoru Savaş Uzan deyib: "Biz, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olmaqdan və Azərbaycanda keçiriləcək mühüm idman tədbirlərinə dəstək verməkdən qürur duyuruq. Əminəm ki, birlikdə biz, böyük nailiyyətlər əldə edəcəyik."

 

BonAqua, iTicket, Fresco, Milla, Red Bull və Nestle ilə yanaşı Azərsun Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının yeddinci rəsmi dəstəkçisi olub.

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir