Modern.az

Sahibkarlığın beynəlxalq modelləri ilə bağlı layihə gerçəkləşdirilir

Sahibkarlığın beynəlxalq modelləri ilə bağlı layihə gerçəkləşdirilir

Aktual

28 Aprel 2017, 17:35

Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birliyi, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə mart ayının əvvəlində “Kiçik və Orta Sahibkarlığın İnkişafının Beynəlxalq Modelləri” adlı layihəyə start verilmişdir. Layihə çərçivəsində Bakıda yaşayan və sahibkarlıqla məşğul olmaq istəyən 100 nəfər gənc üçün  Bakı şəhərində seminar və təlimlərdə biznesin təşkili, şirkətlərin qurulması, vergi məcəlləsi, xarici ölkələrin inkişaf modeli kimi mövzularda mühazirələr təşkil olunmuşdur.

Layihənin məqsədi Prezident İlham Əliyevin ölkədə qeyri neft sektorunun inkişafına göstərdiyi dəstəyi əsas tutaraq, gənclərə Kiçik və Orta Sahibkarlıq haqqında məlumat vermək, gənclər arasında biznes sahəsində informasiya çatışmazlığını aradan qaldırmaq, biznes fəaliyyətində gənclərin fəallığına nail olmaq, gənclərin məşğulluq sahəsində problemlərlə üzləşdiyi zaman, necə hərəkət edəcəklərini öyrətmək, ən vacibi isə kiçik sahibkarlığın güclənməsinə yönələn dəstək proqramlarından azərbaycanlı gənclərin də faydalanmasına zəmin yaratmaq olmuşdur.

Azərbaycan Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu  iqtisadi siyasi tədbirlər və davamlı islahatlar, mükəmməl iqtisadi strategiyanın gerçəkləşməsi, iqtisadiyyatın bütün sahələrində dinamizm meyillərini gücləndirib. Respublikamızda davam edən inkişaf dinamikası hər ay artım tempi ilə müşahidə olunur.

Təşkil olunan seminar və təlimlərdə bu mövzulara toxunulmuş, iştirak edən gənclərə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın aparıcı qüvvələrindən biri olan Kiçik və Orta Sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində görülmüş bir çox tədbirlərin əsası fiskal və maliyyə təşviqi olduğu xüsusi qeyd olunmuşdur. Xarici təcrübə ilə müqayisədə Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrinin nisbətən yeni sahə olduğu və hələ tam inkişafa nail olmadığı, lakin bu istiqamətdə yeni addımlar atılmağa başlandığı söylənmişdir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir