Modern.az

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına yeni üzvü təyin edilib

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına yeni üzvü təyin edilib

28 Aprel 2017, 18:29

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

Dəyişikliyə əsasən, sərəncamının 1-ci hissəsində “Tahir Budaqov – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri” sözlərindən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilir:

 

“İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür