Modern.az

Mikrorayonlardakı beton binalar SÖKÜLÜR

Mikrorayonlardakı beton binalar SÖKÜLÜR

28 Aprel 2017, 20:43

Azərbaycan Baş nazirinin müavini Abid Şərifov Bakıda yerləşən "Xruşşovka" tipli beton yaşayış binalarının sökülüb-sökülməyəcəyi ilə bağlı məsələyə münasibət bildirib. Modern.az xəbər verir ki, Abid Şərifov bu barədə “ASAN radio”nun “QəbuldASAN” verilişində bildirib.

Baş nazirin müavini qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə ilk növbədə mikrorayon ərazilərində yerləşən beton binaların sökülməsi ilə bağlı pilot layihə hazırlanıb: “Buna səbəb mikrorayonlarda bu cür yaşayış binalarının nöqsanlı tikilməsidir. Çünki belə evlərdə yaşayan insanların əksəriyyəti xəstədir. Ona görə də ilk növbədə beton evlər sökülməlidir. Əsas məsələ insanların sağlamlığını düşünməkdir. Lakin yaxın müddətdə mikrorayonlardan kənarda olan belə yaşayış evlərinin sökülməsi nəzərdə tutulmur”.

A.Şərifov vurğulayıb ki, Montin qəsəbəsində beton binalar olmadığından orada hansısa söküntünün aparılması gündəmdə deyil.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub