Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin Plenumu keçirilib. Modern.az xəbər verir ki, plenumda Ali Məhkəmənin yeni seçilmiş hakimi Əziz Seyidov Plenum sədri və üzvləri qarşısında and içərək vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Ə.Seyidov 2007-2017-ci illərdə Baki şəhər prokuroru vəzifəsində çalışıb. Ə.Seyidov aprelin 25-də Milli Məclisin qərarı ilə Ali Məhkəmənin hakimi vəzifəsinə seçilib.
Modern.az