Modern.az

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist xəstəxanaya yerləşdirildi

28 Aprel 2017, 21:51

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşib. Modern.az xəbər verir ki, bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib.

Aktyorun sözlərinə görə, onun təzyiqi yüksəlib: "Bu aylar qanqaynayan vaxtdır, təzyiqi olanlar üçün təhlükəlidir. Həkimlər dedi ki, xəstəxanaya gedək, yoxsa insult keçirərsən. İndi özümü yaxşı hiss edirəm”.

Əjdər Həmidov hazırda 1 saylı Şəhər Klinik Xəstəxənasında müalicə olunduğunu deyib:

“Darıxıram. Məni ən çox üzən də budur. Aktyor adamam, səhnə, dostlarım üçün darıxıram. Sənət adamları bir yerdə otura bilmir".

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu