Modern.az

Azərbaycanda ən çox nikaha girilən və boşanma olan aylar

Azərbaycanda ən çox nikaha girilən və boşanma olan aylar

29 Aprel 2017, 08:59

2016-cı ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ən çox nikah və boşanma qeydə alınan ayların statistikası açıqlanıb.

 

Bu haqda Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova məlumat verib.

 

L.Kərimovanın sözlərinə görə, ötən il Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 66 771 nikaha daxilolma halları qeydə alınıb:

“Digər aylara nisbətən sentyabr ayında bağlanan nikahların sayı daha çox olub. Belə ki, bu ayda 8246 şəxs öz münasibətlərini rəsmiləşdirib”.

 

Komitə rəsmisi ötən il ölkədə 13 114 boşanma halları qeydə alındığını açıqlayıb:

“Digər aylara nisbətən noyabr ayında daha çox boşanma baş verib. Belə ki, bu ayda 1257 cütlük öz münasibətlərinə son qoyub”.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!