Modern.az

Hüquq müdafiəçisi Ermənistan rəhbərliyini ifşa etdi – aprel müharibəsindəki itkilər GİZLƏDİLİR

Hüquq müdafiəçisi Ermənistan rəhbərliyini ifşa etdi – aprel müharibəsindəki itkilər GİZLƏDİLİR

29 Aprel 2017, 10:07

Ermənistanın Müdafiə Nazirliyi aprel müharibəsindəki itkilərinin real sayını gizlədir. Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi bəyan edib ki, aprel döyüşlərində ölən 168 nəfər erməni hərbçisi siyahıya salınmayıb.

 

Modern.az saytının məlumatına görə, ofisin rəhbəri Artur Sakuns birmənalı şəkildə bildirib ki, sorğular və rəylərin öyrənilməsi vasitəsilə Ermənistanın daha çox itki verdiyi məlum olub.

 

“Bizim əlimizdə olan məlumatlarla rəsmi məlumatlar arasında əhəmiyyətli dərəcədə fərqlə var”-deyə o bildirib.

 

Artur Sakuns Ermənistan ordusunda olan bərbad durumdan da söz açıb. Onun sözlərinə görə, orduda tibbi yardım əvvəlki kimi qeyri-qənaətbəxşdir.

 

“Aprel müharibəsində bir çox hərbçi məhz vaxtında tibbi yardım göstərilməməsi səbəbindən öldü. Amma bununla bağlı kiməsə cinayət işi açılmadı”-deyə Hakuns əlavə edib.

 

O qeyd edib ki, aprel müharibəsində ölən ermənilərin ailələrinin çoxunun sosial vəziyyəti ağırdır. Onlardan yalnız 60 ailənin sosial şəraiti nisbətən yaxşıdır.

 

Ofisin rəhbəri söyləyib ki, Ermənistan silahlı qüvvələrində hərbi texnikanın daim çatışmazlığı müşahidə olunur və orduda keyfiyyətsiz yanacaqlar var.

 

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurn Ovannisyan isə hüquq müdafiəçisinin bəyanatını şərh etməkdən boyun qaçırıb.  

 

O deyib ki, əgər məsələ deyildiyi kimidirsə, iddia səsləndirən tərəf siyahıya salınmamış ölən hərbçilərin adları və soyadlarını açıqlamalıdır.

 

Aqşin KƏRİMOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır