Modern.az

BANM-in tələbələri ATA yardda

BANM-in tələbələri ATA yardda

29 Aprel 2017, 11:20

Bakı Ali Neft Məktəbinin (BANM) BP şirkəti ilə əməkdaşlığı çərçivəsində BANM-in“Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan II və III kurs tələbələrinin BP şirkətinin “ATA (Amec-Tekfen-Azfen) yard” sahəsinə səfəri təşkil edilib.Tədbirin məqsədi tələbələri BP-nin layihəsi olan “Şahdəniz - 2” ərazisində tikinti və quraşdırma işləri ilə tanış olması və onların təcrübə biliklərini səviyyəsininartırılmasıdır.

 

Səfər zamanı layihənin baş meneceri AlisterAnderson və layihə mühəndisi AlisterMayrtəqdimatla çıxış ediblər. Tələbələrə “Şahdəniz- 2” layihəsi və platformalar haqda geniş məlumat verilib və onlar sözügedən platformanın göyərtəsinin birində olublar. ATA tikinti-quraşdırma sahəsində “Şahdəniz- 2” platformasının hər iki üst modulunun tikintisi artıq, demək olar ki, başa çatıb və istismar sınaqları davam edir. Bu modulların dənizə yola salınması və quraşdırılması bu ilin ikinci yarısında planlaşdırılır.

 

Tələbələrə, o cümlədən, təhlükəsizlik qaydaları üzrə təlim keçirilib və  35 nəfər tələbə mühəndismüşayiəti ilə platformaların hazırlandığı sahələrlə tanış olublar.

 

Qeyd edək ki, BANM-nin BP şirkəti ilə əməkdaşlığın çərçivəsində Səngəçal terminalına və “ATAyard” sahəsinə bir neçə səfər təşkil olunmuşdur və sözügedən şirkətinin rəhbərləri və mütəxəssisləri Ali Məktəbində 30-dan artıq təqdimatla çıxış etdilər. 2014-cü ildən başlayaraq bu kimi tədbirlər BANM-intədris prosesinin tərkib hissəsinə çevrilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub