Modern.az

Heydər Əliyev Fondunda “Muğam aləmi” nəşrinin təqdimatı olub

Heydər Əliyev Fondunda “Muğam aləmi” nəşrinin təqdimatı olub

Mədəni̇yyət

11 Noyabr 2009, 18:15

Noyabrın 11-də Heydər Əliyev Fondunda “Azərbaycan muğamı” multimedia toplusunun və “Muğam aləmi” nəşrinin təqdimatı olub.
Heydər Əliyev Fondunun “Azərbaycan muğamları” layihəsi çərçivəsində tədris vəsaiti kimi təqdim olunan “Azərbaycan muğamı” multimedia toplusu musiqi irsimizin ən qiymətli incisi olan muğamın növlərini, janrlarını, mənşəyini, quruluşunu, musiqi məzmununu və kompozisiya xüsusiyyətlərini ətraflı şərh edir. Səkkiz diskdən ibarət multimedia toplusu Azərbaycan və ingilis dillərində hazırlanıb.
“Muğam aləmi” nəşri bu ilin martında Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalına həsr olunub. Nəşrə daxil olan 33 DVD-də Azərbaycan muğam operaları, simfonik muğamlar, klassik Azərbaycan muğamları, tanınmış xarici musiqiçilərin çıxışları və etnocaz nümunələri toplanıb.
Təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva çıxış edərək, “Azərbaycan muğamı” multimedia toplusunun və “Muğam aləmi” nəşrinin muğamlarımızın qorunması və təbliğindəki rolunu vurğulayıb.
Bəstəkarlar İttifaqı idarə heyətinin sədri Firəngiz Əlizadə, xalq artisti Arif Babayev, Əməkdar artist Təyyar Bayramov çıxış edərək Azərbaycan muğamının qorunması, inkişafı və təbiliğindəki xidmətlərinə görə Mehriban xanıma minnətdarlıq ediblər.
Mərasmdə hər iki topluya aid film də nümayiş etdirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu