Modern.az

Ağsu çayında kişi meyiti tapıldı

Ağsu çayında kişi meyiti tapıldı

Aktual

29 Aprel 2017, 11:53

Ağsu rayonunda traktor sürücüsünün meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu çayının içərisində daş toplayan fəhlələr orada işləyən traktor sürücüsü, Qaraqaşlı kənd sakini, 1960-cı il təvəllüdlü Allahverdiyev Xudaverdi Qardaşxan oğlunun meyitini tapıblar. Onun cəsədi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə göndərilib. X.Allahverdiyevin ölümünün səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

Faktla bağlı araşdırma aparılır.  

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır