Modern.az

ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçirildi - FOTO

ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçirildi - FOTO

29 Aprel 2017, 12:58

ABŞ-ın Azərbaycandakı səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə “Education USA”nın "Alumni Fair" adlı təhsil sərgisi keçirilib.

 

Modern.az xəbər verir ki, sərgi ABŞ universitetlərində təhsillə maraqlananlar üçün təşkil edilib.

Sərgidə tələbələr, şagirdlər və valideynlər ABŞ universitetlərindən məzun olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüb.  

Onları maraqlandıran suallarla məzunlara müraciət ediblər.

 

Sərgidə 20-dən çox ABŞ universitetləri və müxtəlif təqaüd proqramları təmsil olunub. ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları sərgi iştirakçılarının suallarını cavablandırıblar.

 

Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir