Modern.az

İlahiyyatçı axundu ifşa etdi: “Onun Qurandan xəbəri yoxdur” – QALMAQAL

İlahiyyatçı axundu ifşa etdi: “Onun Qurandan xəbəri yoxdur” – QALMAQAL

29 Aprel 2017, 13:15

Son zamanlar islamı əlində bayraq tutub müxtəlif fikir səsləndirənlər  toplumu dindən soyudur və dinin həqiqətlərindən uzaqlaşdırır. Özlərini din adamları adlandıran bu şəxslər islamı düzgün təmsil edə bilmədikləri kimi, insanları yalan məlumatlarla istədikləri tərəfə yönləndirə bilirlər.

 

Elə götürək Mingəçevirdəki Heydər Məscidinin axundu Hacı Ələmdarın çıxışını. O qeyd edib ki, keçmişdə 3 arvadı olana tapşırılıb ki, artıq arvadlarını kimləsə evləndirsin.  Bunu peyğəmbərin fikri  ilə əsaslandırıb. 

 

Guya peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil.

 

Peyğəmbərin belə bir söz deməsi mümkün deyil

 

İlahiyyatçı  Elşad Miri Modern.az-a bildirib ki, belə din adamlarının əksəriyyətinin Quran kitabından xəbərləri yoxdur:

 

“Subay olaraq ölən çox insan var. Həmin axundun dedikləri xurafatdan başqa bir şey deyil.  Kimin cənnətlik və ya  cəhənnəmlik olduğunu peyğəmbər müəyyənləşdirmir.  

 

Bunu yalnız Allah bilər. Peyğəmbərin belə bir söz deməsi mümkün deyil.  Bu gün ilahiyyatçılar arasında sorğu keçirilsə, səsləndirilən fikirlərə münasibətlər bəlli olar. Açığı, hazırda ilahiyyatçıların 90 faizi Quran kitabından bixəbərdirlər. Bəlkə də kitabı heç oxumayıblar”.

 

İlahiyyatçının fikrincə, yalnış fikirlər səsləndirən din adamlarının qarşısını ancaq maarifləndirmə yolu ilə almaq olar:

 

“Bu cür yalan fikirlər səsləndirən din adamlarının sayı çoxdur. Bunun qarşısını almaq üçün düzgün təbliğat aparılmalıdır. Məlum olduğu kimi indiki dövrdə sosial şəbəkələr, mətbuat, telekanallar kiifayət qədər aktivdir. Bunlar vasitəsilə insanları məlumatlandırmaq lazımdır”.

 

Günay RƏSULQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi