Modern.az

QHT-lərlə bağlı banklara göstəriş verildi

QHT-lərlə bağlı banklara göstəriş verildi

29 Aprel 2017, 20:15

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi ilə qeyri-hökumət təşkilatları (QHT) və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri arasında görüş keçirilib. Modern.az xəbər verir ki, MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasovun məlumatına görə, Palata rəbərliyinin təşəbbüsü ilə keçirilən görüşdə “Nağdsız hesablaşmalar haqqında” qanundan irəli gələn məsələlər müzakirə olunub.

Görüşdə QHT rəhbərləri üzləşdiyi çətinliklərə toxunaraq qeyd ediblər ki, bəzi banklar 5000 manatdan artıq vəsaiti nağdılaşdırmağa icazə vermir. Bundan başqa, Palata rəhbərliyinin diqqətinə çatdırılıb ki, vəsaitin nağdılaşdırılması zamanı tutulan 1% komisyon haqq yüksəkdir. QHT rəhbərləri digər texniki məsələləri də MBNP rəhbərliyinin diqqətinə çatdırıb.

Çıxış edən MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə sözügedən qanunun vacibliyinə toxunaraq qeyd edib ki, sənədin qəbulu iqtisadiyyatın şəffaflaşdırılması baxımından olduqca önəmlidir.

 R.Aslanlı əlavə edib ki, rəhbərlik etdiyi qurum tərəfindən banklara məktub ünvanlanıb və bildirilib ki, qanunvericiliyə görə, satınalmalarda iştirak edən şəxslər tərəfindən 5000 manatdan çox vəsaitin nağdılaşdırılması qadağandır. Banklar isə bunu yalnış anlayıb və qrantların nağdılaşdırmasına qadağa və limit tətbiq edib. R.Aslanlı görüş iştirakçılarının nəzərinə çatdırıb ki, artıq bununla bağlı banklara müvafiq göstəriş verilib və problem aradan qaldırılıb. Beləliklə, QHT-lər 15 000 manata qədər olan vəsaiti nağdılaşdıra biləcək.

QHT rəhbərləri bu addımı müsbət qarşılayıb. Bundan başqa, görüş iştirakçıları qeyd edib ki, nağdılaşdırılmasına icazə verilən 15 000 manat məbləğind limit azdır. Buna cavab olaraq R.Aslanlı qeyd edib ki, bu, qanundan irəli gələn məsələdir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir