Modern.az

Avropa İttifaqı Böyük Britaniya ilə danışıqlara başladı

Avropa İttifaqı Böyük Britaniya ilə danışıqlara başladı

29 Aprel 2017, 21:59

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin sammiti Breksitlə əlaqədar Böyük Britaniya ilə danışıqların aparılması barədə göstərişləri qəbul edib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Donald Tusk açıqlama verib.

"Göstərişlər yekdilliklə qəbul edilib. Breksit üzrə danışıqların aparılması üçün 27 ölkənin möhkəm və ədalətli siyasi mandatı hazırdır".

Qeyd edək ki, qəbul olunan qərara görə, Breksitdən sonra Aİ üzvü ölkələrinə Böyük Britaniya ilə ikitərəfli əlaqələrlə bağlı danışıqlar aparmağa qadağa qoyulub.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir