Modern.az

Avtomobil azyaşlını vurdu

Avtomobil azyaşlını vurdu

29 Aprel 2017, 23:09

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Modern.az “Report”un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qarazəncir kənd sakini, 11 yaşlı Elvin Qəhrəman oğlu Museyibovu avtomobil vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərilib. Yaralının beyninə qan sızdığından E.Museyibov tomoqrafiya aparatının olduğu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, hazırda E.Museyibov koma vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi