Modern.az

Şadlıq evləri iş prinsipini dəyişir - VİDEO

Şadlıq evləri iş prinsipini dəyişir - VİDEO

29 Aprel 2017, 23:58

Rayonlarda şadlıq sarayları təcrübəsi Bakıdakı kimi deyil. Bakıda saraylar bütün xidmətləri özləri edir, ümumi məbləğ tələb edirlər. Rayonlarda isə əksinə, şadlıq sarayı sadəcə icarəyə götürülür, bütün xidmətləri isə toy sahibi özü görür ki, bu da daha ucuz başa gəlir. Son vaxtlar toyların azalması Bakıdakı şadlıq saraylarının da bu metoda əl atmasına səbəb olub. Artıq bir neçə saray icarə haqda qərar qəbul edib. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bir vaxtların ən gəlirli bizneslərindən olan şadlıq evləri yavaş-yavaş dəbdən düşür. Artıq rayonlardakı kimi, Bakıda da sadəcə icarə haqqını ödəyib, digər xidmətləri toy sahibi özü görə bilir.

Toy üçün nəzərdə tutulan bütün məhsulları toy sahibi özü alır. Menyuya nələri daxil edəcəyinə də özü qərar verir. Şadlıq sarayı isə aldığı icarə haqqının qarşılığında bir neçə xidməti yerinə yerinə yetirir. Toy sahibi hətta ofisiant və aşbazları da özü gətirə bilər.

Toyun icarəyə götürülən şadlıq sarayında edilməsi toy sahibinə daha ucuz başa gəlir.

Lakin şadlıq sarayları icarə zamanı toy sahibi tərəfindən alınıb gətirilən məhsulların keyfiyyətinə nəzarəti öz üzərlərində saxlayır.

Ehtimal edilir ki, tezliklə bir çox şadlıq sarayı da icarə taktikasından istifadə edəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir