Modern.az

Bakıda bədii gimnastika üzrə dünya kubokunun final mərhələsi keçirilir

Bakıda bədii gimnastika üzrə dünya kubokunun final mərhələsi keçirilir

30 Aprel 2017, 13:37

Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə dünya kuboku yarışlarının final mərhələsi keçirilir.

 

Modern.az-ın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən dünya kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətlər üzrə final yarışları oynanılacaq.

 

Aprelin 28-də startı verilən mötəbər turnirə 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34-ü fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub