Modern.az

Merkel kralla İŞİD-lə mübarizəni müzakirə etdi

Merkel kralla İŞİD-lə mübarizəni müzakirə etdi

30 Aprel 2017, 20:25

Almaniya kansleri Angela Merkel Səudiyyə Ərəbistanına səfər edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, xanım lider Ciddə şəhərində Kral Salman bin Əbdüləzizlə görüş keçirib.

Görüş zamanı İŞİD-lə mübarizə, Suriyadakı vəziyyət, Səudiyyənin Yəməndəki rolu və bəzi radikal qruplaşmaları dəstəkləməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüş zamanı Merkelin baş örtüsü olmayıb. Bundan öncə Şərq ölkələrinə səfərə çıxan İngiltərə Baş naziri Tereza Mey də Səudiyyə rəsmiləri ilə görüşündə baş örtüsü geyinməmişdi.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir