Əfqanıstan ordusu ölkə ərazisində antiterror əməliyyatlarını davam etdirir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, son bir sutka ərzində həyata keçirilən antiterror əməliyyatı nəticəsində 43 silahlı məhv edilib.
Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat ölkənin beş əyalətində keçirilib. Məhv edilən silahlılardan 17-in İŞİD terror qruplaşmasın üzvləri olduğu bildirilir. Əməliyyat zamanı xeyli sayda silah-sursat da müsadirə olunub.
Modern.az