Modern.az

Tramp Putinlə yeni əməkdaşlığa hazırlaşır

Tramp Putinlə yeni əməkdaşlığa hazırlaşır

Dünya

30 Aprel 2017, 22:50

ABŞ prezidenti Donald Tramp Ağ Evin Rusiya ilə razılıq əldə etməsini mümkün sayır.

 

“Mən Rusiya ilə birgə hərəkət edəcəyəm. Bu, həmçinin Çin də ola bilər” – Modern.az xəbər verir ki, Tramp bunu CBS televiziyasına müsahibəsində deyib.

 

Lakin o, Rusiya və Çinlə konkret hansı sferada əməkdaşlıq ediləcəyini deməyib.

 

Donald Tramp onun seçki kampaniyasına Rusiyanın dəstək verməsi iddialarından da danışıb. O bildirib ki, bütün bu iddialar uydurmadır.

 

Qeyd edək ki, Amerika telekanalları xüsusi xidmət orqanlarındakı mənbələrinə əsasən, Rusiyanın Trampla əlaqələrinin olduğunu və bunun sayəsində prezident seçkilərində onun qalib gəldiyini bildirir.

 

 

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır