Modern.az

Kadırov regional oyunçuya çevrilib – Kreml nəzarəti itirə bilər

Kadırov regional oyunçuya çevrilib – Kreml nəzarəti itirə bilər

Dünya

1 May 2017, 00:08

Çeçenistanın müftisi Salah Meciyevin Suriyaya rəsmi səfəri Ramzan Kadırovun Yaxın Şərqdə daha çox rol oynamaq niyyətindən xəbər verir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya KİV-nə açıqlamasında Rusiya Siyasi Araşdırmalar Mərkəzinin vitse-prezidenti Aleksey Makarkin deyib.

 

 

“Kadırov Kremlə yalnız Şimali Qafqazda deyil, həm də Yaxın Şərqdə, xüsusən Suriyada faydalı ola biləcəyini göstərmək istəyir. Bu niyyət müxtəlif yollarla, o cümlədən Suriyaya çeçen hərbi polisinin ezam olunması, Çeçensitan müftisinin Bəşər Əsədlə görüşməsi və ona bütün sünnilərin tam dəstək verdiyini ifadə etməsi və s. həyata keçirir”.

 

Makarkin məsələnin ciddi dini tərəflərinin olduğunu da deyir.

 

“Əsəd ələvidir. Bir çox sünni alimləri onları müsəlman saymır. Amma Çeçenistan müftisinin Dəməşqə səfəri bu fonda maraqlı gedişdir. Moskva Kaıdrova bu məsələdə “yaşıl işıq” yandırıb və suriyalı müsəlmanlarla “öz” müsəlmanı vasitəsilə dil tapmağa cəhd edir”.

 

Rusiya Elmlər Akademiyasının dosenti Denis Sokolov isə Kadırovun müharibə sonrası Suriyada Kremlin əsas təsir gücü olacağını deyir.

 

“Rusiyanın Suriyada hərbi resursu olsa da, siyasi resursu yoxdur. Kadırov bu rolu asanlıqla oynaya bilər. Amma o, Rusiya XİN-i və diplomatları əvəz etmir, onun funksiyası danışıqlar aparmaq, Suriyada spesifik rol oynamaqdır. İstisna deyil ki, Kadırovun Yaxın Şərqdəki çeçen döyüşçülərinə də təsir etmək üçün müəyyən vasitələri qalıb. O, qlobal arenaya çıxmağa çalışır və zaman Kreml onun üzərində nəzarəti itirə bilər.

 

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!