Modern.az

Mayın 7-də keçirələcək ilk qəbul imtahanlarının buraxılış vərəqələri verilir - I-IV Qruplar

Mayın 7-də keçirələcək ilk qəbul imtahanlarının buraxılış vərəqələri verilir - I-IV Qruplar

1 May 2017, 13:28

Mayın 7-də ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarında iştirak edəcək abituriyentlər artıq buraxılış vərəqəsini ala bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumata görə, abituriyentlər imtahana buraxılış vərəqəsini çap etmək üçün //eservices.dim.gov.az/brxvbak/?frm=egov keçidinə daxil ola bilərlər.


DİM bir daha xəbərdarlıq edib ki, abituriyent imtahana gələrkən aşağıdakı sənədləri mütləq gətirməlidir:


1) şəxsiyyəti təsdiq edən sənədi (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər icazə vəsiqələrini və pasportlarını,
vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri, Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

2) imtahana buraxılış vərəqəsini

Qeyd:Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan abituriyentlər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi