Modern.az

Dünya xalqlarının antropoloji özəllikləri - Azərbaycanlılar hansı xalqlarla oxşardır?

Dünya xalqlarının antropoloji özəllikləri - Azərbaycanlılar hansı xalqlarla oxşardır?

1 May 2017, 15:16

Dünya xalqları ilk növbədə öz yaşayış arealı, dini, yaxud milli mənsubiyyətləri, danışdıqları dillə deyil, irqi mənsubiyyətlərinə görə fərqlənir.

 

Antropolojiya elmi inkişaf etdikcə, bu irqi tiplər arasında fərqi müəyyən etməyə çalışırdı. Buna baxmayaraq, dünyadakı insanların mənsub olduqları irqlərə görə bölgüsü indiyə qədər davam edir.

 

Antropologiya elmi 3 əsas irqi tipi fərqləndirir – Avropoidi, Neqroid və Monqoloid irqləri. Paralel olaraq, elmi dairələr amerikanoid və avstroloid irqlərini də bəzi təsnifatlarda ayrıca təqdim edirlər.

 

Kaspi antropoloji tipi

Dünya antropologiyası azərbaycanlıları Avropoid irqinin Kaspi tipinə aid edir. Bu tipin ilk elmi təsnifatı 1947-ci ildə verilib.

Azərbaycanlılar daha çox bəstəboylu, braxikefal (uzunsov baş) və düz buruna malikdirlər. Bu irqi tipin özəllikləri onun nümayəndələrinin nisbətən iti sümüyə malik olmaları, dodaqlarının qalın, qulaq sırğalığının uzun, qaşların dalğavarı, alt çənənin nisbətən enli, burunla üst dodaq arasında məsafənin nisbətən çox olması, başın ənsə hissəsinin önə çıxması, saçların qara, yaxud tünd şabalıdı olması ilə seçilir. Aralarında nadir hallarda sarışın və göy gözlü insanlara rast gəlinir.

Hesab olunur ki, Kaspi tipi (ona bəzən Şərqi Aralıq, Şərqi, yaxud Xorasan tipi də deyilir) mənşəyi Əfqanıstan və Şimali Hindistanda formalaşıb və tunc dövründə Qafqaz ərazisində məskunlaşma ilə bağlı olub.

 

Avropoid irqinin bu tipinə azərbaycanlılarla yanaşı, türkdilli qumıqlarda, ingiloylarda, tatlarda, kürdlərdə, talışlarda, bəzi farslarda və ərəblərdə rast gəlinir.

 

Armenoid antropoloji tipi

Avropoid irqinin özünəməxsus antropoloji tipi var. Armenoid tipinin əsas daşıyıcıları ermənilər, assuriyalılar və azsaylı gürcülərdir. Bu tipin nümayəndələri qara saçlara, qara, yaxud tünd-qəhvəyi gözlərə, sıx saç örtüyünə, uzunsov başa və nisbətən enli sifətə, iri buruna və bəstəboya malikdirlər. Armenoidlər Kaspi və Kaskasion tiplərinin aralıq nümunəsi sayılır.

 

Kavkasion antropoloji tipi

Avropoid irqinin bu tipi gürcülərin Qafqaz regionuna verdikləri Kavkasioni adından götürülüb. Kavkasioni tipinin nümayəndələri hündür boya, böyük başa, geniş alına, ensiz və uzunsov çənəyə, ağ dəriyə, qəhvəyi, göy yaxud yaşıl gözə, açıq rəngli saçlara və qartal buruna malikdir. Bu tipin nümayəndələrinə çeçenlər, inquşlar, qaraçaylılar, rutullar, ostetinlər, ləzgilər, gürcülər  və s. xalqlar arasında daha çox rast gəlinir.

 

 Vüqar İSMAYILOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir