Modern.az

İranın kənd təsərrüfatı məhsullarının 35 faizi kimyəvi çirklənib

İranın kənd təsərrüfatı məhsullarının 35 faizi kimyəvi çirklənib

Dünya

1 May 2017, 21:00

“İranın kənd təsərrüfatı məhsullarının 35 faizi kimyəvi cəhətdən çirklənib”.  Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu İran Məclisinin Səhiyyə Komissiyasının üzvü Behruz Bonyadi bildirib.

Onun sözlərinə görə, İranda kənd təsərrüfatı sahəsində pestisidlər və antibiotiklərdən həddən artıq istifadə olunduğuna görə, kənd təsərrüfatı məhsullarında mikroblara qarşı dayanıqlılıq yaranıb, bu isə insan sağlamlığı üçün təhlükə yaradır.

B.Bonyadi deyib ki, İran orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə başlamalıdır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır