Modern.az

Ermənistanın 1-ci katibi kimin kabinetində güllələnib?

Ermənistanın 1-ci katibi kimin kabinetində güllələnib?

1 May 2017, 21:06

Ermənilər öz murdar xislətlərini tarix boyu biruzə veriblər. Özlərini “bədbəxt”, “bəxtsiz” adlandıran bu toplum yersiz torpaq iddiaları ilə bütün dövrlərdə tarixə qara ləkə yaxmaqla məşğul olublar. Amma zaman-zaman bu yersiz və mənasız iddialara layiqincə cavab verilib.


Modern.az-ın məlumatına görə, belə layiqli cavablardan biri də Stalinin hakimiyyəti dövründə baş verib və baş verənlərə Stalinin göz yumması da təsadüfi olmayıb.

Lavrenti Beriya Stalin komandasının ən mürəkkəb, ziddiyyətli xarakterə malik olan əsas fiqurlarından biri sayılıb. Amma bu təhlükəli adam ətrafında olan məmurlarla münasibətlərin normal balansını saxlamağı böyük ustalıqla bacarıb. Kimlərinsə aradan götürülməsini, zərərsizləşdirilməsini Beriya böyük peşəkarlıqla həyata keçirib. Beriya öz daxili çılğınlığına, emosiyalarına nəzarət etməyi bacarsa da, bəzən öz hisslərini cilovlaya bilməyib. Və bu vəziyyətdə Beriyanı amansız yırtıcıya da bənzətmək olar. Hisslərinin cilovlanmadığı məqamlardan biri də Lavrenti Beriya Zaqafqaziya Birləşmiş Respublikalarının birinci katibi vəzifəsində işlədiyi vaxtda baş verib.

Beriyaya məruzə edilib ki, Ermənistanın birinci katibi Ağasi Xanciyan qəbulunuza gəlib. Qəbula razılıq veriləndən sonra kabinetə Xanciyandan başqa əllərində böyük bağlama olan üç nəfər də daxil olub. Bu təşrif Beriyanın xoşuna gəlməyib və darhal soruşub:

-         Bunlar kimdir?

-         Bu hədiyyəni gətirmək üçün kömək edirlər, Lavrenti Pavloviç.

Çağrılmamış qonaqlar kabineti tərk etdikdən sonra Beriya kinayəli şəkildə növbəti sualını verib:

-         Bu hədiyyə o qədər ağırdır ki, üç nəfər daşıyır?

-         Lavrenti Pavloviç, bu qədim fars xalçasıdır, bütün erməni xalqı adından sizə hədiyyə edirəm.

-         Yəqin ki, çox qiymətlidir?

-         Dostluq daha qiymətlidir, Lavrenti Pavloviç.

-         Düz buyurursunuz, elə bu xalçanı da xalqlarımızın arasında olan dostluq əlaməti kimi Dövlət muzeyinə verəcəyik.

Lavrenti Beriya tam dəqiq bilib ki, bu xalçanın arxasında bir təmməna dayanıb və Ağasi Xanciyan o təmənnanı dilə gətirmək üçün məqam axtarır. Beriya Ermənistandakı vəziyyətlə maraqlanıb. Söhbət əsnasında Ağasi Xanciyan “ürəyini” açıb:

-         Lavrenti Pavloviç, siz özünüzdə yaxşı bilirsiniz ki, Ermənistanın ərazisi çox kiçikdir və torpaqları məhsuldar deyil. Bütün erməni xalqı adından xahiş edirəm ki, Stalinlə bizim aramızda vasitəçilik missiyasını öz üzərinizə götürəsiniz, Cavaxetiya Ermənistana verilsin.

Bu sözləri eşidən Beriyanın əsəbdən əlləri titrəyib və bir-neçə saniyə susduqdan sonra yüksək tonla, qışqıra-qışqıra erməni dilində Xanciyanın cavabını verib:

-         Əclaf, şərəfsiz, mənim əlimlə Stalindən Gürcüstanın torpaqlarını almaq istəyirsən? Sən it kimi gəbərməlisən...

Qorxudan saralan Xanciyanı tər basıb, tər damcıları döşəməyə iz salıb. Amma bu “tərləmə prosesi” çox davam etməyib. Beriya yazı masasının siyirtməsindən tapançanı çıxararaq Xanciyanı güllələyib. Köməkçilərini çağıraraq göstəriş verib:

-         Bu əclafı öz gətirdiyi xalçaya büküb şəhərin kənarında bir quyuya tullayın.

Mehmanxanada öz “şef”lərini gözləyən üç nəfər də həmin gecə yoxa çıxıblar.

Ermənistanın birinci katibinin qəfil yoxa çıxmasına Stalinin və Kremlin heç bir reaksiyası olmayıb. Bir neçə gündən sonra Ağasi Xanciyan xalq düşməni elan olunub və Ermənistana yeni katib təyin edilib.

Erməni tarixçiləri və Ermənistan mətbuatı Ağasi Xanciyanın ölümünü başqa məcralara yönəltməyə cəhd etsələr də, Beriyanın ən yaxın silahdaşlarından biri, həmin hadisənin canlı şahidi olmuş Serqo Qoqoladze məhz Beriyanın məhkəməsində verdiyi ifadələrdə faktı təsdiqləyib:

“Həmin hadisədə mən Beriyanın kabinetində idim. Xanciyanın bu təklifindən sonra Beriyanı tanımaq mümkün deyildi. Əsəbdən bütün bədəni əsir və bağırırdı. Elə bir göz qırpımında da iş masasının siyirtməsindən tapançanı çıxarıb iki dəfə atəş açdı...”.

Sözsüz ki, sərsəm, yersiz, mənasız və hiyləgərcəsinə edilən təklifin sahibinə bu, ən layiqli cavab olub.


İlham Cəmiloğlu

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir